Tarix : 2014 Feb 19
Kod 42020

İran prezidentinin Azərbaycan Parlamentinin spikeri ilə görüşü

İran İslam Respublikası prezidenti İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlər ittifaqının Tehran iclası kənarında Azərbaycan Respublikası Parlamentinin spikeri ilə görüşüb
İran İslam Respublikası prezidenti İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlər ittifaqının Tehran iclası kənarında Azərbaycan Respublikası Parlamentinin spikeri ilə görüşüb.

Müxbirimizin məlumatına görə, Höccətülislam vəlmüslimin Həsən Ruhani bu gün İslam Parlamentləri İttifaqının 9-cu iclasının başa çatmasının ardınca Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq əməkdaşlıqlar barədə fikir mübadilələri aparılıb.
İran prezidenti həmçinin, bu gün İslam Parlamentləri İttifaqının Tehran iclasında iştirak edən digər ölkələrin parlament sədrləri ilə də görüşüb.
İslam Parlamentləri İttifaqının 9-cu iclası sabah öz işini davam etdirəcək.
  • Yazılıb
  • da (də) 2014 Feb 19