Tarix : 2014 Feb 20
Kod 42026

53 dövlətin parlamenti Xocalının soyqırım kimi tanınmasında həmrəy oldu

Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilmişdir
18-19 fevral tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 9-cu Sessiyası keçirilib. Sessiyada iştirak edən Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Beynəlxalq katibliyinin rəhbəri Elmeddin Mehdiyevin verdiyi məlumata görə, öz işini bu gün yekunlaşdıran bu beynəlxalq görüşdə 53 üzv dövlətin parlament nümayəndələri iştirak edirlər və bir çoxuna parlament spikerləri rəhbərlik edir. Sessiyada "İƏT Parlamentlər İttifaqı ilə İKGF arasında əməkdaşlıq" adlı qətnamədə növbəti dəfə Xocalı faciəsi “soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət” kimi qiymətləndirilmişdir.

Qeyd edək ki, baş qərargahı Tehranda yerleşən İƏT Parlamentlər İttifaqı 53 dövlətin parlamentini öz sıralarında birləşdirir. 20 beynelxalq təşkilat, o cümlədən İKGF təşkilatda müşahidəçi statusuna malikdir.
  • Yazılıb
  • da (də) 2014 Feb 20