Tarix : 2014 Feb 21
Kod 42035

Azərbaycanlı iş adamı Maydanda hücuma məruz qalaraq döyülüb

dəyənəklə baş nahiyəsindən ağır zərbələr alan Yaqub Behbudov xəstəxanada koma vəziyyətindədir
Ukraynanın paytaxtı Kiyevdə baş verən hadisələr zamanı azərbaycanlı iş adamı hücuma məruz qalaraq döyülüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən verilən məlumata görə, hücuma məruz qalan şəxs əslən Azərbaycanın Masallı rayonundan olan Ukrayna vətəndaşı, 1966-cı il təvəllüdlü Behbud Yaqubovdur.

Hadisə ötən gün axşam Müstəqillik Meydanının (Maydan) yaxınlığında baş verib.

“Berkut” xüsusi təyinatlıları ilə etirazçılar arasında toqquşma zamanı oradan keçən B. Yaqubov dəyənəklə baş nahiyəsindən ağır zərbələr alıb.

Hazırda Kiyevdəki xəstəxanaların birində koma vəziyyətindədir, vəziyyəti orta ağır qiymətləndirilir./apa
  • Yazılıb
  • da (də) 2014 Feb 21