Xəbər verdiyimiz kimi Astarada təhqir olunduqlarına görə aksiyadan sonra bir neçə inanclı həbs edilmişdi
Bir az əvvəl isə bu haqda məlumat almışıq.
Arannews.com-a Astaradakı həbslərlə bağlı məlumat verən İslamçıların müdafiə komitəsinin sədri Kərbəlayi Natiq Kərimov deyibki, hadisədən sonra 8 inanclının həbs edilməsi haqda məlumat alıb.
"Belə ki, həbs edilənlər Şükürov Famil Fəttah oglu, Haşimov Teymur İbrahim oglu, Səmədov Elmir,Səmədov Elvin, və Taleh adlı islamcı. Hamısı AİP-in üzvüdür. Həbs edilənlərdən İlqar adlı Ərçivanlı şəxs bu gün buraxılıb. Ərçivandan daha 2 nəfərın yeri məlum deyil, onların da həs edildiyi ehtimal edilir"- deyən Natiq Kərimov Aksiyada iştirak edənlərin hamısının Ərçivanlı olduğunu, lakin həbs edilənlərin ancaq AİP üzvləri olduğunu bildirib.
Qeyd edək ki, Astara sakinləri bir neçə gün öncə bir nəfərin sosial şəbəkələrdən birində ərçivanlıları təhqir etməsinə görə Ələt-Astara magistral yolunu bağlamışdılar.