Tarix : 2014 Feb 23
Kod 42067

Abel Məhərrəmov: "4-cü kurs tələbəsi şər-böhtan atır" (VIDEO)

Bunu Bakı Dövlət Universitetinin rektoru tələbələrlə görüşü zamanı deyib.
Ötən gün tələbələrin təhsildə kredit sisteminin tətbiqinə qarşı keçirdiyi aksiyadan sonra Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov narazı tələbələrlə görüşdü.

Görüşdə Bakı Dövlət Universitetinin tələbələri, onları narahat edən məqamları dilə gətirdilər. Məsələn, tarix fakultəsinin 4-cü kurs tələbəsi Ramilə Kiçiyeva iddia edir ki, imtahandan kəsilməsinə səbəb ondan tələb edilən rüşvəti verməməsi olub.

Rektor Abel Məhərrəmov isə bu tələbənin dediklərini heç gür qəbul edə bilmədi. O, həmin tələbənin imthanları verə bilmədiyi üçün dəfələrlə qovulduğunu xatırlatdı. Rektor şər-böhtan atdığına görə və başqalarına da dərs olsun deyə, 4-cü kurs tələbəsini məhkəməyə veriləcəyini açıqladı.

Görüşdə həmçinin, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahat verildi. Unverisitet rəhbərliyi iddia edir ki, yeni sistemi tələbələr düzgün başa düşməyiblər. Rektor bildirdi ki, tələbələrin bu anlaşılmazlığından istifadə edən 3-cü qüvvə olub. Hesab edir ki, vəziyyəti siyasi müstəvidə dramatikləşdirmək istəyən qüvvələr məharətlə istifadə edərək universitetin həyətində aksiya keçiriblər. Abel Məhərrəmov əminliklə deyir ki, aksiya keçirənlər digər universitetlərin tələbələri və tələbə olmayan şəxslər olublar.

BDU-nun rektoru, Abel Məhərrəmov: “Onacan nöbbə dəyişmə vaxtına düşdüyündən eyni vaxtda 3 min tələbə çıxırdı, 3 min girirdi. Adam çox olub, kənardan gələn 50-60 nəfər ajiotaj yaradıblar. 8-10 dəqiqədən sonra özləri də bildilər, başa düşdülər ki, səhv ediblər, çıxdılar getdilər”.

Məlum olub ki, buna qədər sosial şəbəkələrdə aksiyaya çağırış üçün təbliğat da aparılıb. Ayrı-ayrı səhifələr yaradılaraq "Kəsr dərslərin", "Kreditə yox, deyək" adlı kampaniyalar təşkil edilib.

Görüşün sabah davam etdiriləcəyinə qərar verildi.


  • Yazılıb
  • da (də) 2014 Feb 23