Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan azərbaycanlı vəhhabi Əsgərov Rüstəm həlak olub. Verilən məlumata görə, Mədinə İslam Universitetini bitirən Əsgərov Rüstəmin 20 ildən artıq Azərbaycanda İslama çağırışçaıların siyahısında yer aldığı bildirilir.
Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan azərbaycanlı vəhhabi Əsgərov Rüstəm həlak olub. Verilən məlumata görə, Mədinə İslam Universitetini bitirən Əsgərov Rüstəmin 20 ildən artıq Azərbaycanda İslama çağırışçıların siyahısında yer aldığı bildirilir.
4 il həbsdə yatan Rüstəmin Əfqanıstan və Çeçenistanda önəmli fəaliyyət göstərdiyi vurğulanıb. Ə. Rüstəmin Suriyada Ahraruş Şam İslami Mübarizə qrupunda 2 il mübarizə apardığı barədə məlumatlar verilib.
Əsgərov Rüstəm Hələbdə Əsəd qüvvələrinin havadan endirdikləri zərbələr nəticəsində həlak olub. /anspress/