Tarix : 2014 Feb 24
Kod 42083

BDU-da aksiya təxirə salınıb - FOTO - VİDEO

Bakı Dövlət Universitetində bu günə planlaşdırılan aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, tələbə bileti olmayanlar içəri buraxılmayıb. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib
Bakı Dövlət Universitetində bu günə planlaşdırılan aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, tələbə bileti olmayanlar içəri buraxılmayıb. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib. Jurnalistlərin BDU-nun ərazisinə keçməsinə icazə verilmyib.

Aksiya təşkilatçılarından verilən məlumata görə, aksiya təxirə salınıb. Tələbələr aksiyanın nəyə görə təxirə salınmasının səbəbini hələlik açıqlamayıblar.

Bununla belə, yenə BDU-dan tələbələrin bayıra çıxmasına da imkan verilməyib.

APA-nın məlumatına görə, tələbələr bir neçə gün əvvəl universitetdə keçirilən aksiyada Nazirlər Kabinetinin qərarına etiraz edən tələbə yoldaşlarının müxtəlif təzyiqlərə məruz qalması, hətta Tələbə Həmkarlar İttifaqının rəhbərliyinin onlara qarşı fiziki güc tətbiq etməsinə etiraz olaraq keçirilib.

Tələbələr hazırladıqları bəyanatı oxuyub, tələblərini səsləndiriblər. Tələblər sırasına sözügedən qərarın ləğv edilməsi, tələbələrə qarşı güc tətbiq edən şəxslərin cəzalandırılması, bu hadisədə iştirakına görə tələbələrə və onların valideynlərinə hər cür təzyiq göstərilməsinə son qoyulması daxildir.

Qeyd edək ki, aksiya insidentsiz keçib, saxlanılan olmayıb.

BDU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, bəyanat və tələblərdən xəbərsizdirlər: “Bəyanatın kim tərəfdən yazıldığı və harada oxunduğu haqqında məlumatımız yoxdur. Çünki universitetin ərazisində heç bir aksiya və insident olmayıb. Əgər bəyanat rəsmi şəkildə universitetə daxil olarsa, məsələyə baxıla bilər”.














  • Yazılıb
  • da (də) 2014 Feb 24