İİR xarici işlər nazirinin müavini SəhərTV-yə verdiyi açıqlamada deyib:
əməkdaşlıqların hərtərəfli olması hər iki ölkənin mənafeyini təmin edəcək.
Abbas İraqçı iki ölkə əlaqələrinin uzun keçmişə və iki ölkə xalqlarının bir-birinə müsbət münasibətə malik olmasını da vurğulayıb.
Abbas İraqçı Tehranda keçirilən EKO iclasının kənarında etdiyi çıxışında EKO çərçivəsində əməkdaşlıqların əhəmiyyətini vurğulayaraq Azərbaycan Respublikasının EKO-ya növbəti sədrliyi dövründə üzv ölkələrin nəzərdə tutduqları islahatların həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Abbas İraqçi deyib: sevindirici haldır ki, EKO-nun növbəti baş katibi dost və qardaş Azərbaycan Respublikasından seçildi. Hesab edirik ki EKO təşkilatı enerji, ticarət, nəqliyyat və bir çox başqa sahələrdə regional potensiallara inamın artmasında önəmli rol oynayacaq.