Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan daha bir qalmaqalla gündəmə gəlib
Arannews-in verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan daha bir qalmaqalla gündəmə gəlib. Sosial mediada baş nazir Ərdoğanla oğlu Bilal arasında telefon danışığının audio yazısı yayılıb.
Qeyd edək ki, telefon danışığının 2013-cü il dekabrın 17-də, Türkiyədə antikorrupsiya əməliyyatının başladığı gün gerçəkləşdiyi iddia olunub.
Bu arada baş nazirin rəsmi saytı yayılan səs yazısı ilə bağlı rəsmi açıqlama yayıb. Məlumatda deyilir ki, səs yazısı əxlaqsız montajdır və tamamilə yalandır.