Tarix : 2014 Feb 27
Kod 42114

Sumqayıt sakinləri etiraz aksiyası keçirib

Bu gün Sumqayıtda 10-cu mikrorayonun 24, 25, 26, 27, 28, 28a, 30, 31, 31a, 32-ci binasının sakinləri etiraz aksiyası keçiriblər
Sumqayıt sakinlərinin Avropa.info-ya verdiyi məlumata görə, aksiyaya səbəb 5 mindən çox insanın istifadə etdiyi yolun satılmasıdır.
"İstifadə etdiyimiz yolu, uşaqların oynadığı ərazini hasarlayıblar. Orada obyekt tikmək istəyirlər. 5 mindən çox insan bu yoldan istifadə edir",- deyə Sumqayıt sakini bildirib.
Şikayətçi onu da bildirib ki, 10-cu mikrorayon sahə müvəkkilləri Mircəlal Abbasov və Teymur Babayev etirazçı qadınlardan ikisinin təşkilatçı olduğunu deyib, onları şərləyərək həbsə atmaqla hədələyib
  • Yazılıb
  • da (də) 2014 Feb 27