Xocalı Soyqırımının 22-ci ildönümü ilə bağlı İtaliyanin Florensiya şəhərində aksiya olub
Yeni Nəfəs Hərəkatının İtaliya üzrə nümayəndəliyi Xocalı Soyqırımının 22-ci ildönümü ilə bağlı ölkənin Florensiya şəhərində aksiya təşkil edib .
Aksiyada Xocalı Soyqırımını tanıdan broşurlar və kitablar paylanıb.
Nümayəndəliyin rəhbəri Ceyhun Seyfullayevin verdiyi məlumata görə, İtaliyanın Florensiya şəhərində yerli əhaliyə, o cümlədən şəhərdə yaşayan xarici vətəndaşlara müxtəlif dillərdə Xocalı Soyqırımını tanıdan broşurlar və kitablar paylanıb: “Aksiya nəticəsində əcnəbilər Xocalı Soyqırımı həqiqətləri ilə maarifləndi və erməni işğalçılarına qarşı Azərbaycan xalqı ilə həmrəy olduqlarını ifadə etdilər ”.
Qeyd edək ki, Yeni Nəfəs Hərəkatının İtaliya nümayəndəliyi bir həftə öncə yaradılmış və Seyfullayev Ceyhun Qüdrət oğlu nümayəndəliyin rəhbəri təyin olunmuşdur./Cenubnews