Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynanın paytaxtı Kievə səfər edib
Arannews-Türkiyə mətbuatınin verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynanın paytaxtı Kievə səfər edib.
Davudoğlu maliyyə yardımı edə biləcəklərini bildirib.Türkiyənin Ukraynaya maliyyə köməkliyinin müzakirə ediləcəyi gözlənilir.
Obamadan sonra Davudoğlu da Krım üçün narahat olduqlarını bildirib. XİN rəhbəri deyib ki, Krımın gələcəyini zəmanət altına almaq üçün bütün səyləri göstərəcəklər. Krım Qaradənizdə Ukraynanın Türkiyəyə açılan bir qapısıdır. Türkiyə və Rusiya ilə əlaqələrdə də çox önəmli bir mövqeyə sahib bir bölgədir. Bu baxımdan, Krımın Ukraynanın ərazi bütövlüyü daxilində və muxtariyyətini da qoruyaraq sülh içərisində bir həllə qovuşması bütün tərəflər, qonşu ölkələr və başda Ukrayna üçün son dərəcə önəmlidir.