Arannews-AXCP gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu Cabbar Savalanlı saxlanılıb və 20 sutka inzibati həbs cəzasına məhkum edilib.
Yaxınlarından aldığımız məlumata görə, Sumqayıt polisi onu yaşadığı binanın həyətindən aparıblar. Qonşular Cabbarın anasına bu barədə məlumat veriblər. Lakin anası onun yerini dəqiqləşdirə bilməyib.
Cabbar Savalanlının hansı səbəbdən saxlandığını da öyrənmək mümkün olmayıb. Bununla bağlı “Azadlıq” qəzetinin sorğusuna Sumqayıtın polis rəsisi Sahib Mirzəyev belə cavab verib ki, Cabbarın anası idarəyə gəlib öyrənə bilər.
Yalnız məhkəmədə Cabbara inzibati həbs cəzası veriləndə bəlli olub ki, onu guya küçədə telefonla danışarkən təhqiramiz ifadələr işlətdiyi üçün saxlayıblar.