Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizinsə partlayış baş verib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmizinsə partlayış baş verib. Bu barədə partiyanın mətbuat katibi Natiq Ədilov özünün Facebook səhifəsində bildirib.
O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrildə baş verib. Partlayış nəticəsində qərargahın zalı zədə alıb.
“Biz ümidvar olmaq istəyirik ki, partlayış AXCP-yə qarşı növbəti məkrli planın tərkib hissəsi deyil. Medianı baş verən hadisəni diqqətdə saxlamağa, dərin araşdırma aparmağa səsləyirik", - deyə Natiq Ədilov bildirib.
O qeyd edib ki, partiya yetkililərinin hadisəyə uyğun açıqlaması olacaq./Faktxeber