Tarix : 2014 Mar 03
Kod 42154

SOCAR YDM-nin yanında bomba tapılıb

Gürcüstandakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında aptekə girən şəxs qayıdanda maşınında bomba qoyulduğunu görüb
Marneulinin mərkəzi meydanında şəxsi maşından bomba tapılılıb. Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhər sakini Hüseyn Hüseynova məxsus “Mersedes” markalı avtomobildə bomba quraşdırıldığı aşkar olunub.

Maşın sahibi aptekdən dərman alıb qayıtdıqdan sonra avtomobildə şübhəli əşya görüb polisə məlumat verib. ANS PRESS-in AzərTac-a istinadla verdiyi məlumata görə, hadisə yerini polis təxminən 5 saat müddətində mühasirədə saxlayıb və hərəkət dayanıb.
Aşkar olunmuş bombanın zərərsizləşdirildiyi bildirilir.

Həmin ərazidə “SOCAR”ın yanacaqdoldurma stansiyası, “Çay evi”, supermarket, rayon polis idarəsi və digər mühüm obyektlər yerləşir.
Hələlik hadisə barədə ətraflı məlumat verilməsə də cinayət işinin açıldığı və araşdırma aparılır./ANS PRESS
  • Yazılıb
  • da (də) 2014 Mar 03