Tarix : 2014 Mar 04
Kod 42161

İran və Azərbaycan arasındakı sərhəd çaylar qaydaya salınacaq

İran və Azərbaycan arasında sərhəd çaylarının qaydaya salınması üzrə müştərək işçi qrupunun dördüncü iclası iyirmi beş – iyirmi səkkiz fevral tarixində Təbrizdə keçirilib

İranın Energetika Nazirliyinin Sərhəd Çayları və Müştərək Mənbələr Baş İdarəsinin müdiri İran və Azərbaycan arasındakı sərhəd çaylarının qaydaya salınması, möhkəmləndirilməsi və bənd bərkitmə işlərinin aparılması üzrə müştərək bir qərarın qəbul edilməsindən xəbər verib.

İranın Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Cabbar Vətənfəda ikitərəfli əlaqələrin möhkəmləndirilməsini zəruri adlandıraraq, deyib: İran və Azərbaycan arasındakı sərhəd çaylarının qaydaya salınması, möhkəmləndirilməsi və çayların öz yataqlarına geri qaytarılması üzrə iki ölkə arasındakı müştərək işçi qrupunun qərarı bu sahə üzrə iki ölkə arasındakı əməkdaşlıqların əsası qərar verilib.

İran və Azərbaycan arasında sərhəd çaylarının qaydaya salınması üzrə müştərək işçi qrupunun dördüncü iclası iyirmi beş – iyirmi səkkiz fevral tarixində Təbrizdə keçirilib.

Bundan öncə İranın sərhəd komandanlığı Azərbaycan Respublikasının Araz çayının sahilində bənd bərkitmə işləri aparmaq adı altında iki ölkə arasındakı sərhəd anlaşmalarını pozaraq, sərhəd xəttini öz xeyrinə dəyişməyə çalışdığını amma, İran tərəfinin qətiyyətli reaksiyası ilə üzləşərək, bu işdən əl çəkməyə məcbur olduğunu bildirmişdi.


  • Yazılıb
  • da (də) 2014 Mar 04