Tarix : 2014 Mar 08
Kod 42191

Şərqi Azərbaycanın ostandarı: İran-Azərbaycan münasibətləri hazırkı durumdan daha güclü olmalıdır

Azərbaycan Respublikasının məsullarından bu barədə bizimlə əməkdaşlıq etmələrini gözləyirik
AranNews- Şərqi Azərbaycanın ostandarı Azərbaycan Respublikasının səfiri ilə görüşündə bu əyalətin İranın şimal-şərqi qonşusu ilə müxtəlif sahələrdə münasibətlərini genişləndirməsinə hazır olduğunu bildirərək deyib: "İran-Azərbaycan münasibətləri hazırkı durumdan daha geniş və güclü olmalıdır".
İsmayıl Cabbarzadə bu görüşdə İran və Azərbaycan xalqları arasındakı ortaq bağlılıqları xatırladaraq deyib: "Biz, cənab Ruhaninin başçılıq etdiyi dövlətdə qonşularımızla münasibətləri genişləndirmək tapşırığı almışıq və bu çərçivədə Azərbayacan Respublikası ilə müxtəlif sahələrdə hər növ əməkdaşlıq etməyə hazırıq".
Ostandar, Şərqi Azərbaycanın Azərbaycan Respubllikası ilə iqtisadi münasibətlərdə maraqlı olduğunu vurğulayıb. O Təbrizin iqtisadi potensiallarına, 4000 növdən yuxarı sənaye və istehsal mallarına işarə edərək deyib: "Bu potensial və imkanlarda Azərbaycan Respublikası ilə ortaq ola bilərik".
Səmimi müzakirələr çərçivəsində müxtəlif istiqamətlərdə aparılan qarşılıqlı əlaqələrin genişləndirilməsi yollarını müzakirə edən tərəflər bu əlaqələrin, xüsusilə də ticarət mübadilələrinin kifayət dərəcədə olmadığını bəyan ediblər. Ostandar əlavə edib: "Biz hazırkı əlaqələrə qane deyilik və iki ölkə arasındakı ticarət əlaqələri və mübadilələri daha artıq olmalıdır". O, İran və Azərbaycan ölkələri arasındakı Araz və Qulubəyli azad zonalarına da işarə edərək bu səhədə əməkdaşlığın daha genişlənməsini istədi.
Görüşdə həmçinin səhiyyə münasibətləri müzakirə edilib və Cabbarzadə Azərbaycan vətəndaşlarının Təbriz və İranın digər şəhərlərinə müalicə məqsədilə səfər etdiyindən onların işlərinin burda sahmana salınmasının lüzumuna işarə edərək deyib: "Sağlamlıq turizmi iki ölkənin münasibətlərinin genişlənməsi üçün daha münasib zəminədir. Ümidvarıq ki, bu sahəni qaydasına salmaqla Azərbaycan vətəndaşlarına daha artıq xidmət edə biləcəyik".
Cabbarzadə, sağlamlıq turizminin sahmana salınması çərçivəsində "Sağlamlıq turu"nun işə salınması proqramının tənzimindən xəbər verərək artırıb: "Azərbaycan Respublikasının məsullarında bu barədə bizimlə əməkdaşlıq etmələrini gözləyirik".
Şərqi Azərbaycan ostandarı Təbriz Universitetinin Azərbaycanın tibb tələbələri və həkimlərinə ixtisas kursları keçməsinə hazır olduğunu bildirib və iki tərəfli elmi, mədəni münasibətlərinin genişlənməsinə təkid edib. O deyib: "Tələbələr iki ölkənin mədəniyyət səfirləridir. Onların səfərləri mədəni əlaqələrin genişlənməsinə şərait yaradır".
İsmayıl Cabbarzadəyə əyalətdə Azərbaycan Dili Akademiyasının yaradılması mövzusuna da toxunaraq deyib: "Bu akademiyanı yaratmaqda məqsədimiz İran və Azərbaycan arasında mədəniyyət əlaqələrinin genişləndirməkdir və ümudvaram ki, bu işin həyata keçməsi ilə hər iki ölkənin azəri ədəbiyyatı və mədəniyyəti sahəsində imkanları daha da genişlənəcək".
Münasibətlərin genişlənməsi və gediş-gəlişin asanlaşması istiqamətində İranın önəmli bir addım ataraq viza rejiminin ləğvini xatırladan ostandar Azərbaycan tərəfindən də bunun qarşılığını və vizanın ləğv etməsini gözlədiklərini bildirib.
Azərbaycanın İrandakı səfiri də bu görüşdə İranı böyük bir tarixə malik ölkə adlandırıb, tarix və mədəniyyət irsini qorumağın bizim öhdəmizdə olan ağır vəzifə olduğunu bəyan edərək Şərqi Azərbaycan ostandarı İsmayıl Cabbarzadəyə əyalətdə Azərbaycan dili akademiyasının yaradılması istiqamətində göstədriyi səylərə görə təşəkkür edib.
Cavanşir Axundov iki ölkə arasındakı ortaq əməkdaşlıqlara işarə edərək bu münasibətlərin daha da genişlənməsinə təkid edib. O həmçinin iki ölkə arasında qatar yolunun açılmasına da toxunaraq deyib: "Azərbaycan dövləti ölkəmizin dəmir yolunun İran dəmir yoluna birləşməsi üçün çoxlu işlər görmüşdür və ümid edirik ki, bu hərəkətlər tezliklər öz nəticəsini göstərəcəkdir".
Səfir ölkəsində bu ilin sənaye ili adlanmasına da işarə edərək deyib: "Dövlət sənət və istehasal obyektlərinin yaradılmasına yaxşı sərmayə qoymuşdur və biz İran sərmayəçi və istehsalçılarını texnoloji və sənət sahələrində qəbul etməyə hazırıq".
Azərbaycan səfiri bu ölkə tələbələrinin İran universitetlərində iştirakına işarə edib, Azərbaycanda yeni xəstəxanaların açılmasından xəbər verib və ölkədə tibb texnologiyası mühəndisliyi sahəsində ixtisas öyrənmənin zəruriliyini xatırladaraq, Təbriz universitetlərindən bu mövzuda əməkdaşlıq etmələrini xahiş etdi.
Səfir habelə, ölkəsindən İrana müalicə məqsədilə səfər edən turistlərin işlərinin qaydaya salınmasının da zəruri olduğunu bildirib və əlavə edib: "Əlbəttə, bu problemlər qabaqkı illərə nisbətən azalıb, lakin xəstələrin İranın müxtəlif şəhərlərinə ezamı, qəbulu, müalicəsi kimi bəzi sahələrdə hərtərəfli tənzim proqramının hazırlanması zəruridir".
Görüşün sonunda Şərqi Azərbaycanın ostandarı və Azərbaycanın İrandakı səfiri xatirə olaraq bir-birlərinə hədiyyə təqdim etdilər.



  • Yazılıb
  • da (də) 2014 Mar 08