Tarix : 2014 Mar 08
Kod 42196

Elşən Orucov: Nurçuluq və vahabizm eyni məqsədə xidmət edir

Nurçuluq adlanan ideoloji-dini cərəyanın Azərbaycanda yayılması və onun daşıyıcılarının hakimiyyətin bütün qollarında yerləşdirilməsi məsələsi gündəmin əsas mövzularından biri olaraq qalır. İslamınsesi-az AİP sədrinin ictimai məsələlər üzrə müavini Elşən Orucovdan mövzuyla bağlı müsahibə götürüb
-Fətulla Gülənin nurçu təriqəti ilə başlanan fəaliyyəti özünü təhsildə göstərdi. Bu, biznes faliyyəti idi yoxsa nurçuların ideloji xətti?

- Son günlərdə nurçuluqla bağlı çox yazılır və deyilir. Amma əsas diqqəti belə bir məsələyə yönəltmək lazımdır ki, “nurçu” adlandırılan bu hərakatın və “təriqətin” görünən və görünməyən hansı tərəfləri var? Yəni, onun mahiyyətini formasından ayırmaq lazımdır. Bu təriqətlə bağlı insanları, xüsusilə, gəncləri ən çox çaşdıran onun görünən qondarma idoloji inkişafı və incə bir davraniş tərəfidir. Görünən tərəf ondan ibarətdir ki, Türkiyə bayrağı altında, yüzdən çox ölkədə savadlı və mədəni gənclərə dünyavi dərslər tədris edərək, onları maariflənməyə dəvət edirlər. Bu təhsilin səviyyəsi həmin ölkələrdəki dövlət və özəl məktəblərdəki təhsildən yüksək olduğu üçün ilk baxışda, rəğbətlə qarşılanır. İnsanlar belə gözəl təhsilə və cəlbedici tərbiyəvi üsullara görə övladlarını həmin məktəblərdə oxutmağa üstünlük verirlər. Azərbaycanda da son 10-15 ildə vəziyyət məhz belə olub. Göründüyü kimi, cəlbedici və məntiqli bir fəaliyyət hesab olunduğu üçün heç kəs bu məsələ haqqında əks fikir bildirə bilmir. Amma bu pərdənin arxasinda siyasi və manevr imkanları ilə zəngin niyyətlər gizlənir. Məsələnin görünməyən tərəfinə diqqət yetirəndə daha ciddi mətləblər ortaya çıxır. Belə ki, təhsilin müəyyən mərhələsindən sonra məzunlar yerli Konstitusiya və qanunlara yox, bu məktəbləri maliyyələşdirən şəxsin, yəni Fətulla Gülənin (öz təbirləri ilə desək, “Xoca Əfəndinin) təlimatlarına əməl etməyə meyllənirlər. Hərəkatın və ya “təriqətin” təhlükəsi məhz bu mərhələdən sonra başlayır. Nəzərə alsaq ki, Fətulla Gülən Amerikada yaşayır və onun məktəblərə ayırdığı vəsaitin miqdarı çox böyükdür, onda məntiqi bir sual yaranır. Bu vəsaiti Fətulla Gülənə ayırmaqla, ABŞ dünyanın yüzdən çox ölkəsində nə etmək fikrindədir?


-Nurçuların siyasətdə izlərini necə görürsünüz?

Siyasət əslində iki hissədən ibarətdir, fundamental siyasət və siyasətbazliq. Birinci halda siyasətçi, məqsəd etibarı ilə uzun və perespektivli bir yola qədəm qoysa, həm təhlükəsiz həm də uğurla nəticələnə biləcək bir amilə söykənmiş olur. Ən yaxin müddətə ölçülən niyyət isə gec-tez iflasa uğrayır. Aydındır ki, ABŞ bu ölkələrdə Fətulla Gülən vasitəsilə öz siyasətinə uyğun kadrlar yetişdirmək və lazım olan anda həmin dövlətin əleyhinə onlardan istifadə etmək istəyir. Obrazlı desək, bu kadrlar dövlətin içində yerləşdirilmiş gec partlayan “bomba” dırlar. ABŞ-ın həmin ölkələrin müstəqil siyasətinə qarşı təzyiq rçaqlarıdır. Qeyd edim ki, eyni siyasət sələfilərlə də bağlı aparılır. Amma xarici görünüşdə fərq var. Sələfilər bu siyasəti radikallıqla və silahla etməlidirlər, “nurçular” isə “elmli islam” adı altında savadla və ağılla yürüdürlər. Lakin hər iki halda bu insanlar ABŞ-ın əlində” alət”dirlər. Hər iki halda dövlətlərə qarşı təzyiq vasitəsi hazırlanır. Birincilər, terrorla, ikincilər “dərin dövlətlə”. Təəssüf ki, ABŞ-ın bu siyasəti artıq Türkiyədə reallaşıb. “Nurçular” Türkiyədə ciddi şəkildə yerləşib fəaliyyətə başlayıblar. Onlar artıq hakimiyyət üçün ciddi başağrısına çevriliblər. Azərbaycanda da son illər onların nəhəng şəbəkəsi formalaşmaqdadır. Amma hələ demək olmaz ki, onlar Azərbaycanda “dərin dövlət” səviyyəsində güclüdürlər. Hər halda müxtəlif dövlət orqanlarında, xüsusilə parlamentdə onların xeyli tərəfdarları var. Məhz bu adamlar vasitəsilə ABŞ həm parlamentə, həm də hakimiyyətə müəyyən qədər təzyiq edə bilir.


-Hakimiyyətə əsas hədəf seçilən nurçuluğun islam dininə təsirini necə qiymətləndirirsiniz?

-Nurçuluq nə üçün dinli təriqətlə başlayir? Yaxin stratejı hədəfləri hakimiyyət ilə tamamlansa da, cəmiyyətə dini görüntü vermək və moderin islam təqlid edib hakimiyyətdə vasitəyə çevrilməsi üçündür. Özünü həm “nurçu”, həm də “sələfi” adlandıranların böyük əksəriyyəti bu təriqətlərin əsil mahiyyətini dərk etmirlər və yalnız xarici görünüşə aldanırlar. Onlar dərk etmirlər ki, bu təriqətlərin mahiyyətində islam dininin imitasiyası gizlənir. ABŞ bu təriqətlər vasitəsilə islamın gücünü və nüfuzunu məhv etmək istəyir. “Sələfilik” vasitəsilə sülh və əmin-amanlıq dini olan islama “terrorçu” damğası vurulur. “Nurçu” vasitəsilə isə “elmli islam” təbliğ edilərək islamın mübarizliyi və müsəlmanların haqq və ədalət uğrunda döyüşmək əzmi məhv edilir. Hər iki halda İslamın mahiyyəti təhrif edilir.
  • Yazılıb
  • da (də) 2014 Mar 08