söküntüsü planlaşdırılan "Sovetski" sakinləri yenidən etiraz ediblər.
söküntüsü planlaşdırılan "Sovetski" sakinləri yenidən etiraz ediblər. 173 nömrəli məktəbin qarşısına toplaşmaq istəyən sakinləri polis qüvvələri uzaqlaşdırmağa çalışıb. "Sovetski" sakinlərinin daha bir tələb isə, əvvəlki aksiyada saxlanılanların sərbəst buraxılması olub. 173 saylı orta məktəbin qarşısına post patrul maşınları və xüsusi avtobuslar cəlb olunub. Etiraz edən sakinlər ara küçələrdə axışaraq öz tələblərini səsləndirib. Sakinlər bildiriblər ki, bu gün də Rüfət adlı "Sovetski" sakini polis tərəfindən saxlanılıb.
Abdulla Şaiq və Şamil Əzizbəyli küçələrinin kəsişməsində toplaşan 50-yə yaxın vətəndaş tələblərini bildirdikdən sonra dağılışıb. Mülki geyimli şəxslərin nəzarətində olan sakinlər bildiriblər ki, problem aradan qalxmayana qədər etiraz edəcəklər./faktxeber