Tarix : 2014 Mar 10
Kod 42209

Azərbaycan İslam İnkişaf Bankının kreditlərinin təqribən 65 faizini mənimsəyib

İslam İnkişaf Bankı (İİB) ilə əməkdaşlığa başlayandan 2014-cü il yanvarın 1-dək Azərbaycan bankla 950,7 milyon dollar həcmində 19 kredit sazişi imzalayıb
Bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi 2013-cü ilin yekunlarına dair hesabatda deyilir.
İİB-in kreditləri 16 layihə çərçivəsində cəlb edilib ki, onlardan 12-nin reallaşdırılması artıq başa çatıb.
2014-cü il yanvarın 1-dək 613,7 milyon dollar və ya bank tərəfindən verilən bütün vəsaitlərin 64,55 faizindən istifadə olunub.
Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür.
İİB öz fəaliyyətinə 1975-ci il oktyabrın 20-dən başlayıb. /trend/
  • Yazılıb
  • da (də) 2014 Mar 10