Arannews-Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək .
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən E.Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların gedişini müzakirə edəcək .
Xatırladaq ki, Minsk qrupunun həmsədrləri martın 3-də Parisdə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıblar./ Cenubnews