Tarix : 2014 Mar 10
Kod 42219

Müsavat başqanının müavinləri Rusiyədə saxlanılıb

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb

Arannews-Krıma getmək istəyən Müsavat başqanının müavinlərini Rusiyada saxladılar.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində saxlanılıb. Bu barədə APA-ya A.Hacılı özü məlumat verib. O, “məni Mahaçqalada saxlayıblar, xahiş edirəm ailəmə xəbər verin”, - deyib. A.Hacılı ilə əlaqə kəsildiyindən hadisənin təfərrüatlarını öyrənmək mümkün olmayıb .

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli bildirib ki, A. Hacılı martın 9-da axşam digər başqan müavini Gülağa Aslanlı ilə birlikdə Krım Muxtar Respublikasına getmək üçün qatarla Ukraynaya yola düşüb: “Yəqin ki, Rusiya ərazisində onları saxlayıblar ”. 

Qeyd edək ki, hazırda A.Hacılı və G.Aslanlı telefon zənglərinə cavab vermirlər.


  • Yazılıb
  • da (də) 2014 Mar 10