Tarix : 2014 Mar 10
Kod 42221

Taleh Bağırovun məhkəməsi olacaq

İlahiyyatçı Taleh Bağırov haqda Bakı Apellyasiya Məhkəməsinin ilkin baxışından verilən kassasiya şikayətinə martın 19-da baxılacaq

Arannews-Ali Məhkəmədə ruhani Taleh Bağırovun məhkəməsi olacaq.

İlahiyyatçı Taleh Bağırov haqda Bakı Apellyasiya Məhkəməsinin ilkin baxışından verilən kassasiya şikayətinə martın 19-da baxılacaq.

Ali Məhkəməyə verilən şikayətdə Bakı Apellyasiya Məhkəməsinin işə məhkəmə istintaqı aparılaraq baxılması tələb edilir. Vəkil Cavad Cavadlı “Media forum”a bildirib ki, proses İlham Cəfərovun hakimliyi ilə keçiriləcək. Taleh Bağırov ötən il martın 31-də tutulub. Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsi onu qanunsuz narkotik vasitə saxlamada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə bu hökmün ləğvi istənilir.


  • Yazılıb
  • da (də) 2014 Mar 10