Tarix : 2014 Mar 11
Kod 42227

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq ?

Ceyms Uorlik: “Ümid edirik ki, bu ay Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq”

Arannews-ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” sosial şəbəkədəki səhifəsində yazıb ki , Ümid edirik  bu ay Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq.

O əlavə edib ki, yalnız dövlət başçıları sülh problemi ilə bağlı çətin məsələləri müzakirə edə bilərlər .

Qeyd edək ki, martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib .

 Görüşdə Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər .

Paris görüşündə münaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyət müzakirə edilib .

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Moskvada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. 


  • Yazılıb
  • da (də) 2014 Mar 11