Tarix : 2014 Mar 11
Kod 42231

Müsavatçılar Bakıya qaytarıldı

onlar gecə saatlarında paytaxta çatıblar

Arannews-Rusiyada polis tərəfindın saxlanılan Müsavat başqanının müavinləri Arif Hacılı və Gülağa Aslanlı artıq Bakıdadır.

 Qafqazinfo” xəbər verir ki, onlar gecə saatlarında paytaxta çatıblar. Krıma getmək istəyənMüsavatçılar Rusiya ərazisində saxlanılaraq geri, Bakıya göndəriliblər .

Bu gün saat 14-00-da Müsavat Partiyasının qərargahında partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı və başqan müavini Gülağa Aslanlının Krıma gedərkən Rusiya ərazisində həbs olunmaları, onlara qarşı baş vermiş özbaşınalıqlarla bağlı mətbuat konfransı keçiriləcək.


  • Yazılıb
  • da (də) 2014 Mar 11