Tarix : 2014 Mar 12
Kod 42233

Əli Həsənov yalan danışır

Nurçular izi azdırmağa cəhd edir

Arannews-Vahid Naxışın sünni olduğunu bilməyən yoxdur, hətta nurçulara da simpatiyasını gizlətmir .

Cəmiyyətdə nurçu mövzusu hələ də müzakirə olunmaqdadır, hərdən də jurnalistlər hər hansı bir araşdırma aparıb bir dəlilə və ya sənədə rast gələndə, araşıdırmaları ilə bağlı məlumatları cəmiyyətə təqdim edəndə hakim zümrənin təmsilçiləri və araşıdrma mövzusunda adı hallanan nurçular o saat bəyanat verərək deyirlər ki, bu ittihamlar saxtadır .

Bu cür yanaşma Azərbaycan hakimiyyətinə məxsus bəsit cavablardır, özlərinin saxtakarlığını hər vəchlə qəbul etdirməyə çalışırlar, onlara qarşı kompromatlar üzə çıxanda isə buna saxta deməklə işlərini bitmiş sayırlar .

Prezident Administrasiyasının yetkilisi Əli Həsənov da bu kontekstdə istisna deyil, ötən gün Mətbuat Mərkəzində keçirilən konfransda etdiyi çıxış zamanı ölkədə nurçuların dövlət qulluğunda yer aldığını dolayısı ilə etiraf etsə də bu gün verdiyi açıqlamada iddia edir ki, belə problemlər yoxdur, dövlət qulluğunda məmurlar öz fəaliyyətini ancaq qanunlarla tənzimləyir .

Lakin burda Əli Həsənov həmişəki kimi yalan danışır. Bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri və nurçuların tanınmış vəzifəlilərindən biri olan Elnur Aslanovun anası, deputat Rəbiyyət Aslanova verdiyi müsahibəsində qeyd etmişdi ki, oğlu onun işlərinə qarışmamağı tövsiyyə etmiş və hər ikisinin də, özünün və anasının siyasətçi olduğunu əsas gətirərək özünə arxayın olduğunu qeyd etmişdi .

Yəni Elnur Aslanovun özü deyir ki, o siyasətçidir, bu tərəfdən də Əli Həsənov cəfəngiyyat danışaraq xalqın gözünü kül üfürür. Burda bir məqam da var, bəzi özünü siyasətdən başıçıxan şiə fəalları camaat arasında söz yayır ki, guya Əli Həsənov şiələrin tərəfindəndir və özü də şiədir. Bu kökündən yalan olan bir fikirdir, bu fikir şiələri və fəalları yatırmağa xidmət edir .

Əli Həsənov ola bilər hardasa maraqları və mənafeyini qorumaq üçün belə bir fikir desin, lakin bu adam heç bir zaman şiələrlə bağlı normal addım atmayıb, bu vaxta qədər şiələrin və şiəçiliyin müdafiəsi üçün əlini ağdan qaraya vurmayıb. Əksinə imkan düşdükcə bütün var gücü ilə şiəçiliyə zərbə vurmaqla məşğul olub və olur .

Əli Həsənov sadəcə olaraq vəzifəsini itirmək istəməyən, heç bir dəyəri, mənəviyyatı, əxlaqı olmayan bir məmurdur ki, vəzifədə qalamqdan ötrü hər şeyə gedər və hər kəsi tapdalamağa hazırdır .

Təki vəzifədə qalsın və onu da qeyd edək ki, bu cür adamlar vəzifədə az deyil. Nurçuların Azərbaycanda fəaliyyətinin maskalanması üçün müxtəlif üsullardan istifadə etməsi o cümlədən öz əməllərini başqalarının adına çıxarması, planında bir gün İranla bağlı da fikirləri yayacağına da şübhə etmirdik .

Bu günlərdə Xəzər TV-nin direktor Hüseyin Dinlemezin Faruk Mercana göndərdiyi məktubunda yazdıqlarımızı görə bilərik. Hüseyin Dinlemez iddia edir ki, İranpərəst ANS televiziyası və bu televiziyanın iranpərəst rəhbərləri Vahid Naxış və Mirşahin Ağayev guya Xəzər TV-in əsas rəqibidir .

Bu iddianın tamamilə cəfəng olmasını görmək üçün iki məqama diqqət yetirək. Birincisi, ANS həmişə İranla bağlı xəbərlərində qərəzi açıq görmək olur, bu kanal necə İranpərəst ola bilər ki, orda olan azərbaycanlıların bir gün ayağa qalxıb öz dövlətini quracağı üçün hamını dəstək olmağa çağırır? İkincisi, Vahid Naxışın sünni olduğunu bilməyən yoxdur, hətta nurçulara da simpatiyasını gizlətmir. Mirşahin seyyid olsa da Əli Həsənovdan bir o qədər də fərqlənmir, yəni mənafeyi nə tələb edirsə onun da dalınca düşür .

İranı ləkələməyə cəhd etməklə nurçular diqqəti başqa yerə istiqamətləndirməyi hədəfə alıblar, onlar da əliyev rejimi kimi yaxşı bilir ki, İran Azərbaycandan özünə gələn bütün təhlükə, təhdid və təhqirlərə qarşı təmkin göstərir və bunu da nurçular və əliyev rejimi özünə fürsət bilib, sui istifadə edir islamtimes/.


  • Yazılıb
  • da (də) 2014 Mar 12