Tarix : 2014 Mar 12
Kod 42235

iqtidar mediası Söz savaşınin şiddətlənməsinən bəhrələnir

Musavat Partiyasının müxalifət koalisiyası olan Milli Şuranı tərk edəndən sonra bu söz savaşı şiddətlənib və iqtidar mediası isə ondan bəhrələnir

Arannews-Son günlərdə AXCP funksionerləri Musavat Partiyasını və Yeni Musavat qəzetini və qarşılıqlı olaraq Musavat Partiyası funksionerləri AXCP və Azadlıq qəzetini iqtidara xidmət etməkdə ittiham edirlər .

Musavat Partiyasının  müxalifət koalisiyası olan Milli Şuranı tərk edəndən sonra bu söz savaşı şiddətlənib və iqtidar mediası isə ondan bəhrələnir .

AXCP-Musavat  söz savaşının davamında bu gün Yeni Musavat qəzetinin baş redaktoru Rəuf Arifoğlu  yazıb : “Milli Şuranı və bu modeli ilk gündən Azərbaycan siyasətinin fəlakəti, müxalifətin, demokratik təsisatların bitirilməsi layihəsi saymışam, Rusiya və Azərbaycan iqtidarları bunu qurdular... Sadəcə, Müsavat oyunu pozdu .”

Qeyd etmək lazımdir ki, Musavat Partiyası son günlərə qədər Milli Şuranın üzvü idi və həssas dönəm sayılan seçki döründə bu qurumda fəal idi!!


  • Yazılıb
  • da (də) 2014 Mar 12