Tarix : 2014 Mar 12
Kod 42243

Türkiyə məhkəmələrinən şok qərarlar çıxarılır

Türkiyə Ağır Cəza Məhkəməsi şok qərar açıqlayıb

Arannews-Türkiyədə bir neçə gündür məhkəmələrdən şok qərarlar çıxarılır. 3 gün əvvəl keçmiş Baş Qərargah rəisi İlker Başbuğ azad edildi, dünən isə "Ergenekon işi"ndə həbs edilən 3 nəfər azadlığa buraxıldı.

verilən məlumata görə, Türkiyə Ağır Cəza Məhkəməsi daha bir şok qərar açıqlayıb. “Ergenekon” iddiası ilə həbs edilmiş general, Türkiyə Jandarmasının keçmiş komandiri Veli Küçük Paşa həbsdən buraxılıb .

 Xatırladaq ki, Veli Küçün 2008-ci ildə Türkiyədə öldürülən erməni jurnalisti Hrant Dinkin öldürülməsində ittiham olunurdu. Daha sonra isə o, “Ergenekon işi” ilə həbs edildi.


  • Yazılıb
  • da (də) 2014 Mar 12