Tarix : 2014 Mar 12
Kod 42248

Türkiyədə yeni etiraz aksiysi

Berkan Elvanın ölümü yenidən etiraz aksiyalarına səbəb oldu

Arannews - İstanbulun Taksim meydanında keçirilən “Gəzi parkı” aksiyaları zamanı başından yaralanan və komaya düşən Berkin Elvan adlı 15 yaşlı etirazçının vəfat etməsi dünən Türkiyədə yenidən etiraz aksiyalarının keçirilməsinə səbəb olub

Etiraz edən qruplar Berkin Elvanın şəhid olduğunu bildirib və onun ölümündən məsul olan şəxslərin cəzalandırılmasını tələb ediblər .

Yeniyetmənin ölümü səbəbilə etiraza qalxan şəxslər, Türkiyənin bir çox bölgəsində aksiyalar keçirib .

Polis və təhlükəsizlik qüvvələri etiraz aksiyalarına müdaxilə edib, çox sayda saxlanılanın olduğu bildirilir .

Qeyd edək ki, Berkin Elvan adlı yeniyetmə 269 gün komada qaldıqdan sonra, dünən günorta saatlarında vəfat edib./ Ntvmsnbc


  • Yazılıb
  • da (də) 2014 Mar 12