Azərbaycan Respublikası prezidenti İran və Azərbaycanın münasibətlərinin genişləndirilməsini iki ölkə və regionun xeyrinə adlandırıb
Arannews-Azərbaycan Respublikası prezidenti İlham Əliyev İran və Azərbaycan Respublikasının yüksək səviyyəli rəsmilərinin münasibətlərin genişləndirilməsi ilə əlaqədar güclü iradəyə malik olduqlarına toxunaraq Tehran və Bakının dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsini vurğulayıb .
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bu gün İran xarici işlər nazirinin müavini və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurla görüşdə İran prezidenti Həsən Ruhani ilə İsveçrənin Davos şəhərindəki son görüşündən məmnunluq ifadə edib və deyib: Bu görüşün nəticələri iki ölkənin münasibətlərinin genişləndirilməsini sürətləndirəcəkdir .
İki ölkənin tarixi, dini və mədəni sahələrdəki çoxlu bağlarına toxunan Azərbaycan Respublikası prezidenti İran və Azərbaycanın münasibətlərinin genişləndirilməsini iki ölkə və regionun xeyrinə adlandırıb .
İlham Əliyev həmçinin beynəlxalq ictimaiyyətlə anlaşma prosesinin gücləndirilməsi üçün İranın strategiyasına toxunaraq bu strategiyanı müsbət qarşılayıb .
Bu görüşdə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur da 12 martın İran və Azərbaycan Respublikasının münasibətlərinin başlanmasının 22-ci ili olduğuna toxunaraq belə bir gündə bu görüşün baş tutmasından razılıq edib .
Rəhimpur bu görüşdə İran prezidenti doktor Həsən Ruhaninin Novruz bayramı münasibəti ilə Azərbaycan Respublikası prezidentini təbriki müraciətini çatdırıb və qarşılıqlı olaraq Azərbaycan Respublikası prezidenti də İran xarici işlər nazirinin müavinindən Novruz bayramı münasibəti ilə onun təbrik müraciətini İran prezidentinə çatdırmasını istəyib .
İran xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini bu görüşdə qonşularla münasibətlərin genişləndirilməsinin İranın xarici siyasətində əsas prioritet daşıdığını bildirərək əlavə edib: İran Azərbaycan Respublikasını dost və qardaş ölkə hesab edir .
Bu görüşdə həmçinin ikitərəfli, neçə tərəfli münasibətlərin genişləndirilməsi və Xəzər dənizi ilə əlaqədar məsələlər barəsində danışıqlar aparılıb .
Bu gün Bakıya daxil olan İran xarici işlər nazirinin müavini öz görüşlərinin davamında sabah cümə axşamı günü Azərbaycan Respublikasının digər yüksək səviyyəli rəsmiləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.