Tarix : 2014 Mar 13
Kod 42255

Rusiya İranda daha iki atom elektrik stansiyası inşa edəcək

İran və Rusiya yeni 2 AES inşası üçün razılaşdı

Arannews - İran Atom Təşkilatı ilə Rusiyanın "Rosatom" Dövlət Korporasiyası arasında yeni atom elektrik stansiyalarının inşası üçün ilkin razılıq əldə edilib .

 İran Atom Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bu barədə rəsmi açıqlama verib. O, "Rosatom" ilə Buşehrdəki AES-in yaxınlığında 1000 meqavat-saat gücündə ən az iki AES-in inşası barədə ilkin razılıq əldə etdiklərini bildirib .

 Tərəflərin ən qısa zamanda texniki və maliyyə şərtləri mövzusunda görüşəcəyi və müqavilə imzalanacağı vurğulanıb.


  • Yazılıb
  • da (də) 2014 Mar 13