Riçard Heeks tərəfindən işlənilmiş listdə Ukrayna bu il inqilabi dəyişikliklər ola biləcək ölkə kimi göstərmlişdi
AranNews - Mançester Universitetinin inqilab gözlənilən ölkələr barədə araşdırma aparmışdırvə sosial bu ölkələr barədə list hazırlamışdır. Bu list “BBC” kanalının da diqqətini çəkmişdir. Mançester Universitetinin araşdırmalarına görə, sosial şəbəkələrdəki aktivlik növbəti inqilabın harada olacağını açıq şəkildə göstərir. Riçard Heeks tərəfindən işlənilmiş listdə Ukrayna bu il inqilabi dəyişikliklər ola biləcək ölkə kimi göstərmlişdi.
Universitet məhz internet məkanındakı fəallığı inqilaba namizəd ölkənin müəyyənləşməsində bir indekator kimi qəbul edir. Bu sistem narazı kütlənin idarəçilik rejimləri üçün nə dərəcədə təhlükəli olduğuna dair fərqli baxış bucağını ortaya qoyur. Burada əsas element kimi ictimai nümayişlər yox, virtual dünyadakı aktivlik nəzərə alınır. Siyahıda 2014-cü ildə ciddi dəyişikliklər baş verə biləcək ölkələr sırasında Keniya, Nigeriya ilə yanaşı Azərbaycan da var.
Əlbəttə Heeksin siyahısını nəzərə almadan da son illər ərzində Azərbaycanda baş verən xalq etirazlarını araşdırdıqda təsdiq olunur ki, Azərbaycan hökuməti xalqı tamamilə təhdid və təzyiq altında saxlayır. Belə ki, hər kəs hökumətlə müxalif ünvanında tanınsa, bilməlidir ki, onun özündən əlavə ailəsi və yaxınları da təhdid və təzyiqlə üzləşəcək.
Hökumətin xalqı sıxışdırmasına bir nümunə ilə məsələ daha aydın olacaq. İki həftə bundan öncə Bakı şəhər icra hakimiyyətinin başçıxı Hacıbala Abutalubov bir müsahibəsində bildirdi ki, "bu ölkədə bir kişi var, o da İlham Əliyevdir".
Sözümüzün şahidi budur ki, camaatın bu açıqlamaya münasibəti və iddiaya qarşı münasibət bildirməkdən çəkinmələridir. Hətta, bəziləri çox asanlıqla deyirdilər ki, "mən kişi deyiləm, Hacıbala düz deyir və ölkəmizin tək kişisi İlham Əliyevdir".
Azərbaycan Respublikasının ölkəsi hələ də yaxşı bilir ki, hökumətin istəyinə uyğun olmayan hər hansı bir etiraz etmək bir növ intihar hesab edilir və neçə günlük həbslərdən uzun müddətli həbslərə qədər onların intizarındadır. Əlbəttə, bu həbslərin hamısı da narkotik maddələrlə əlaqələndiriləcək.