Tarix : 2014 Mar 13
Kod 42266

ATƏT-in MQ həmsədrləri yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər

bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib

Arannews-ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsi üzrə sülh prosesinin irəliləyişi üçün yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər.

bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib .

ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) fevralın 22-dən martın 11-dək Parisdə və Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik həmçinin iclaslarda iştirak edib .

Məlumata görə, həmsədrlər Vyanada 2013-cü ilin noyabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün nazirlərlə işlərini davam etdirirlər.

Nazirlər yenidən həll olunmamış məsələləri həll etmək və prosesi irəli çəkmək arzusu olduğunu bildiriblər .

ATƏT-in MQ həmsədrləri əməkdaşlığın davamının əhəmiyyətini vurğulayıblar. Həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırırlar.


  • Yazılıb
  • da (də) 2014 Mar 13