Arannews-ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ Münaqişəsi üzrə sülh prosesinin irəliləyişi üçün yüksək səviyyədə danışıqların keçirilməsinə dair razılığa gəliblər.
bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib .
ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) fevralın 22-dən martın 11-dək Parisdə və Moskvada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik həmçinin iclaslarda iştirak edib .
Məlumata görə, həmsədrlər Vyanada 2013-cü ilin noyabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü zamanı qaldırılmış məsələlərin həlli üçün nazirlərlə işlərini davam etdirirlər.
Nazirlər yenidən həll olunmamış məsələləri həll etmək və prosesi irəli çəkmək arzusu olduğunu bildiriblər .
ATƏT-in MQ həmsədrləri əməkdaşlığın davamının əhəmiyyətini vurğulayıblar. Həmsədrlər növbəti ayda regiona səfər etməyi planlaşdırırlar.