Tarix : 2014 Mar 15
Kod 42268

Azərbaycanda iranlılara zülm olunur

bir halda ki, İlham Əliyev İrana və iranlılara düşmən kimi baxırsa onun məmurlarından başqa bir münasibət gözləmək ən azı avamlıq olar

Arannews - Azərbaycanda iranlı tacirlərə, ruhanilərə və başqa peşə sahiblərinə, qonaqlara rəsmi qrumlarda, məmurlar arasında münasibətin çox pis olması haqqında bəhs etmişik və burda təəccüblü bir şey də yoxdur, bir halda ki, İlham Əliyev İrana və iranlılara düşmən kimi baxırsa onun məmurlarından başqa bir münasibət gözləmək ən azı avamlıq olar. Özü də fərqi yoxdur həmin iranlı azəridir, farsdır, ya da başqa millət, iranlıdırsa, rəsmi orqan əməkdaşlarının gözündə bu adama qarşı böyük bir qərəz və düşmənçilik olacaq .

Bu günlərdə mətbuatda gedən bir məqalədə İran vətəndaşı Təqavi Seyidrza Elcubevin başına gətirilən müsibətdən bəhs edilib. Təqavini Azərbaycanın miqrasiya xidmətinin əməkdaşları deportasiya edərkən başına elə zülmlər gətiriblər ki, iranlı məzlum intihar həddinə çatıb, özünü öldürmək üçün sürətlə gedən maşından atıb və nəticədə xəstəxanalıq olub .

Yazıda bir iranlının başına gələn müsibətdən bəhs edilir, lain heç şübhəsiz ki, Təqavi kimi iranlılar yüzlərlədir, onlar haqqında mətbuatda yazılmır, danışılmır, onların Azərbaycanda qarşılaşdıqları zülmləri heç kim dilinə gətirmir .

Təsəvvür edin ki, Azərbaycana hər hansı bir proqram və ya tədbir çərçivəsində gələn erməniyə qarşı qat qat yaxşı münasibət var, hələ biz İsraildən gələnləri demirik. İranlı isə hər hansı bir səbəbdən bura gəlirsə və diplomatik toxunulmazlığı yoxdursa, vay halına .

İranlılara qarşı bu cür münasibətin səbəbini yazının əvvəlində qeyd etdik, prezident İlham Əliyev onlara düşmən kimi baxırsa məmurlarının da eyni münasibət göstərməsini heç nə əngəlləyə bilməz. Ancaq burda başqa bir məqam da var .

Təsəvvür edin ki, hər hansı bir İsrail vətəndaşına qarşı Azərbaycanda Təqavinin başına gələnlər gətirilsəydi nə olardı? İsrail Əliyevin başına nələr gətirərdi? Ancaq iranlıların başına bu müsibətləri gətirirlər, bəlkə ona görə İran bu məsələ ilə bağlı İsrail kimi öz vətəndaşlarının müdafiəsi üçün ciddi addım atmayıb islamtimes/?


  • Yazılıb
  • da (də) 2014 Mar 15