Səhvlər faciəli nəticələrə gətirib çıxara bilr
Baş nazir Ərdoğan tarixi həqiqətlərə hələ də gözüaçıq baxa bilmir
Arannews - Televiziya çıxışlarının birində Ərdoğanın, Fətullah Gülənin Türkiyəni təlatümə gətirən “Hizmət” hərəkatını hədəfə alarkən şiələrə aşağılayıcı ifadələrlə işarə vurması onun ciddi siyasətçi imici ilə üst-üstə düşmür. Deyilənlər əsl İslam həqiqətlərinə, şeytana İslam nurunu söndürməyə imkan verməyən və onu dünyaya günəş ziyası kimi çatdıran Əhli-Beyt hikmətinə hələ də gözüaçıq baxa bilməyən baş nazir Ərdoğanın böyük naşılığı və səhvidir. Hər zaman Kərbəla şəhidlik məktəbini İslamın yenidən doğuluşu kimi qeyd edən, Əli(ə)-nin Peyğəmbərin əmisi oğlu, yaxın silahdaşı, kürəkəni kimi çox böyük məziyyətlərindən, İslama misilsiz xidmətlərindən bəhs edən baş nazirin adi bir yalnışlığı onun qeyri-səmimiliyini üzə çıxarmış oldu. Dediyi fikir və düşüncələrin isə yalnız onun mənsəbpərəstliyinə xidmət etdiyini, şəraitə görə danışdığını, Türkiyədəki şiə elektoratın rəğbətini, səsini qazanmaq üçün onların qarşısında belə çıxışlar etdiyini göstərdi .
Ərdoğanın fikrinə sadəcə bir səhv kimi də yanaşmaq olmaq. Sözsüz ki, Türkiyənin hazırkı vəziyyəti, düşdüyü kataklizm baş nazirə diktələri açıq şəkildə ifadə etmək məcburiyyəti yaradıb. Bundan qaçmağın isə tək bir yolu var -dönməz və sarsılmaz Əhli-beyt inamı ki, bu əqidədə olmadığını Ərdoğan şiələr haqqında dediyi həmin fikirləri ilə etiraf etmiş oldu. Onun bu səhvindən isə yararlanmaq istəyən kifayət qədər qütblər, qüvvələr vardır .
Amma mən elə düşünmürəm ki, baş nazir belə yanlış ifadələrlə çətin vəziyyətdən çıxa bilər. Əksinə, çaladan çıxıb quyuya düşəcəyi ehtimalı daha böyükdür. Türkiyənin üç milyondan artıq şiə cameəsinə qarşı hörmətsizlık və təhqir zəminində, böyük toplumun inam və etimadını itirmək əslində həm keçmişini, həm də gələcəyini itirmək deməkdir. Axirətini başqasının dünyasına satmaq olmaz .
Akif Heydərli