bir neçə gündür sosial şəbəkələrdə martın 15-i saat 16:00-da Azadlıq meydanında mitinq olacağı haqda elanlar verilib
Arannews-Bu gün Azadlıq meydanına mitinq təyin olunub.
bir neçə gündür sosial şəbəkələrdə martın 15-i saat 16:00-da Azadlıq meydanında mitinq olacağı haqda elanlar verilib .
Facebook sosial şəbəkəsində yaradılan eventdə (https://www.facebook.com/events/281648205332842/?fref=ts) insanlar “Qanunsuzluqlara bəsdir de. Haqqını tələb et!” şüarları ilə mitinqə çağırılır .
Mitinqin keçirilməsinə səbəb kimi son vaxtlar ölkədə baş verən hadisələr- AXCP qərargahının partlaması, “Sovetski” sakinlərinin narazılığı, Metropoliten ərazisində ticarətlə məşğul olan insanların obyektlərinin sökülməsi göstərilir .
Mitinqin kimlər tərəfindən təşkil edilməsi haqda məlumat verilmir.