Tarix : 2014 Mar 16
Kod 42297

Azərbaycanın fövqəladə hallar naziri İran prezidenti ilə görüşüb

Görüşdə prezident Ruhani İran və Azərbaycanın mövcud imkanlardan istifadə edərək, əlaqələri və iqtisadi əməkdaşlığı inkişaf etdirməli olduğunu qeyd edib

Arannews - Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran prezidenti ilə görüşüb .

K. Heydərovu İran prezidenti Həsən Ruhani qəbul edib .

Görüşdə prezident Ruhani İran və Azərbaycanın mövcud imkanlardan istifadə edərək, əlaqələri və iqtisadi əməkdaşlığı inkişaf etdirməli olduğunu qeyd edib .

H. Ruhani rəsmi Tehran və Bakı arasında əməkdaşlığın daha da inkişafı üçün imkanlar olduğunu da vurğulayıb: “ İran Azərbaycan da daxil olmaqla qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək niyyətindədir ”.

Öz növbəsində Kəmaləddin Heydərov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını İran prezidentinə çatdırıb .

Nazir qeyd edib ki, Tehran-Bakı əlaqələrinin inkişafı ilə bağlı Azərbaycan və İran prezidentlərinin qətiyyət və iradəsi öz bəhrəsini verir .

K. Heydərov iki qonşu xalqın tarixi mədəni və dini birliyinin bu gün də iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə stimul verdiyini bildirib .

K. Heydərov həmçinin İranın Gömrük İdarəsinin rəisi Masud Karbasian, Mədən Sənayesi İdarəsinin rəhbəri Mehdi Karbasian ilə də görüşüb .


  • Yazılıb
  • da (də) 2014 Mar 16