Tarix : 2014 Mar 17
Kod 42310

Ukraynadan sonra növbə Azərbaycanindır

Azərbaycanlı ekspertlərsə narahatdırlar ki, Ukraynadan (Krım) sonra növbədə Azərbaycan (Dağlıq Qarabağ) ola bilər və Rusiya bizi də cəzalandırar

Arannews- Müsavat başqanı Krım referendumundan sonrakı dünyanı böyük risklər, böhranlar və... böyük fürsətlər dünyası kimi qiymətləndirdi.

Ukraynaya bağlı Krım Muxtar Respublikasında keçirilən məlum referendum 93 faizlə yekunlaşdı. Görünən budur ki, Rusiya bu bölgəni Ukraynadan qoparmağı və özün ilhaq etməyi bacardı. Dünyanın bir sıra nəhəng güclərinin bu hadisəyə müxtəlif rəyləri var .

Azərbaycanlı ekspertlərsə narahatdırlar ki, Ukraynadan (Krım) sonra növbədə Azərbaycan (Dağlıq Qarabağ) ola bilər və Rusiya bizi də cəzalandırar .

Lakin ana müxalifət lidri İsa Qəmbər o qədər də bədbin deyil. Özünün Facebookdakı səhifəsində Müsavat başqanı lakonik bir status və infoqrafik element paylaşıb. Onu oxuculara təqdim edirik .

 ****

Tarixşünaslıqda Yeni tarix, Ən yeni tarix terminləri var .

Məncə 16 martdan 17 marta keçən gecə "Ən yeni böhran" dövrü başlayır .

Hər bir böyük böhran böyük risklər, təhlükələr və eyni zamanda böyük fürsətlər, imkanlar yaradır. Hamı üçün. Və təbii ki, həm də Azərbaycan üçün.


  • Yazılıb
  • da (də) 2014 Mar 17