Amerikalı həmsədr Krımdakı gərginliyin Dağlıq Qarabağ münaqişəsinə təsir etməsi barədə fikirlər səsləndirib
Arannews - ATƏT-in Minsk Qrupunda ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ukraynada yaşanan gərginliyin Dağlıq Qarabağ münaqişəsinə təsir edəcəyi ehtimalından söz açıb.
Uorlik bu haqda özünün rəsmi twitter səhifəsində yazıb: “Biz Ukraynadakı hadisələrdən sonra Ermənistan və Azərbaycana nələr məlum olduğunu bilməliyik”, - deyə amerikalı həmsədr qeyd edib. Minsk Qrupunun həmsədri onu da əlavə edib ki, ABŞ Rusiyanın Krımı işğalını qəbul etmir: “Amma buna baxmayaraq biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında birgə fəaliyyət göstərəcəyik ”.
Qeyd edək ki, C. Uorlik əvvəlki açıqlamalarında da Krımdakı gərginliyin Dağlıq Qarabağ münaqişəsinə təsir etməsi barədə fikirlər səsləndirib.