Tarix : 2014 Mar 19
Kod 42316

Doku Umarovun ölümü təsdiqləndi

Şimali Qafqazda səhra döyüşçülərinin lideri sayılan Doku Umarovun ölümü təsdiqlənib
FaktXəbər-in verdiyi məlumata görə, Şimali Qafqazda səhra döyüşçülərinin lideri sayılan Doku Umarovun ölümü təsdiqlənib. Bu barədə rəsmi informasiyanı ekstremistlərin portalı sayılan "KafkazCenter" yayıb. Məlumatda bildirilir ki, zəhərlənmə nəticəsində dünyasını dəyişmiş Doku Umarovun yerinə "Qafqazın əmiri" Əli Əbu-Məhəmməd adlı şəxs təyin olunub.

Rusiyanın təhlükəsizlik xidməti yayılan məlumatı şərh etməkdən boyun qaçırıb. Buna qədər Çeçenistan prezidenti Ramzan Kadırov da ən yaxın düşməni Doku Umarobun öldürülməsi barədə açıqlama vermiş və əlində bunu sübut edəcək faktların olduğunu bildirmişdi.


  • Yazılıb
  • da (də) 2014 Mar 19