Tarix : 2014 Mar 19
Kod 42317

Ərdoğan İlham Əliyevə niyə zəng etdi?

Türkiyə Baş nazirinin Azərbaycan prezidentinə telefon açdığı
Türkiyə Baş nazirinin Azərbaycan prezidentinə telefon açdığı, onun Elnur Aslanovun görəvdən alınması ilə başlanan prosesin nurçu şəbəkə tam ləğv olunana qədər davam etdirilməsini arzuladığı iddiası yayılıb
Türkiyədəki mənbələrimizdən musavat.com-a verilən sensasion məlumatda iddia olunur ki, qardaş ölkənin baş naziri Azərbaycan prezidentinə telefon edib. Buna səbəb 17 martda Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən kənarlaşdırılmasının Türkiyə iqtidarını olduqca məmnun etməsidir. Bununla əlaqədar Türkiyənin Baş naziri Recep Tayyip Ərdoğanın Prezident İlham Əliyevə telefon açdığı və Azərbaycanda da şəbəkələşən nurçuların neytrallaşdırılması prosesinə başlandığına görə, ona təşəkkür etdiyi söylənilir.
Mötəbərliyinə şübhə olmayan mənbəmizin iddiasına görə, Ərdoğan bildirib ki, “Hizmət” hərəkatı Türkiyədə qanuni hakimiyyətə qarşı basqılarında Azərbaycandakı şəbəkəsinin imkanlarından geniş istifadə edir: “Belə ki, son bir neçə ildə Azərbaycandakı nurçu şəbəkənin maliyyə imkanları hesabına Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilib. “SOCAR Türkiyə”nin, Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Strateji Araşdırmalar Mərkəzinin resursları hesabına fəaliyyət göstərən bu təşkilatlar və media “Hizmət” hərəkatının səsinə səs qataraq Türkiyə ictimai rəyinin ölkə iqtidarına qarşı yönəldilməsinə ciddi dəstək verirlər. Belə təşkilatlardan biri kimi Ərdoğan Xəzər Strateji İnstitutunun (HASEN) adını xüsusi qeyd edib. O, Türkiyə istihbaratı tərəfindən Azərbaycan hakimiyyətindəki nurçuların və onların dəstəyi ilə Türkiyədə yaradılmış müştərək qurumların yeni siyahısının hazırlandığını və yaxın zamanlardı həmin siyahının İlham Əliyevin Administrasiyasına təqdim olunacağını deyib”.


  • Yazılıb
  • da (də) 2014 Mar 19