Tarix : 2014 Mar 25
Kod 42322

İsrailin bütün səfirlikləri bağlandı

Dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində böhrana səbəb olub

Arannews - Diplomatların tətil eləməsi ucbatından İsrailin bütün ölkələrdəki səfirlikləri bağlanıb. Diplomatlar əmək haqlarının azlığından şikayətlənirlər . İsrailli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər .

Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini təhdid altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır .

Ekspertlərin sözlərinə görə, bu tarixidə ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib. Dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində də böhrana səbəb olub .

"Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib .

XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb .

"Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib .

Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir .

diplomatlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar.


  • Yazılıb
  • da (də) 2014 Mar 25