Arannews - 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan
hicab məhbusu Arif Fətəliyev Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə Müəssisəsinə
köçürülüb
Bu barədə A.Fətəliyevin
yaxınları məlumat verib.
Qeyd edək ki, Arif Fətəliyev 2012 ci il 5 oktyabr
"Hicaba azadlıq" aksiyasında iştirakına görə həbs edilib.O, Cinayət Məcəlləsinin
233-cü maddəsi (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə
və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə 2 il azadlıqdan məhrum edilib.
Arannews - Diplomatların tətil eləməsi ucbatından İsrailin bütün ölkələrdəki səfirlikləri bağlanıb. Diplomatlar əmək haqlarının azlığından şikayətlənirlər . İsrailli məmurlar əmək haqlarının artırılmasını tələb edirlər .
Diplomatların ümumdünya etirazı Roma Papası Fransiskin İsrailə səfərini təhdid altında qoyur. Onun səfəri may ayı üçün planlaşdırılır .
Ekspertlərin sözlərinə görə, bu tarixidə ilk hadisədir. Tətil 102 diplomatik nümayəndəliyin bağlanması ilə nəticələnib. Dövlətin BMT və digər beynəlxalq qurumlarla əlaqələrində də böhrana səbəb olub .
"Hazırda Xarici İşlər Nazirliyi mövcud deyil", - diplomatlardan biri deyib .
XİN rəhbəri Aviqdor Liberman baş verənləri "məsuliyyətsizlik" adlandırıb .
"Bu dəhşətli qərardır və həmkarlar ittifaqlarının vəziyyətə nəzarəti itirdiyini göstərir. Biz ölkəyə və vətəndaşlara dəyən ziyanı minimuma endirmək üçün əlimizdən gələn hər şeyi etməliyik", - nazir qeyd edib .
Tətil edənlər isə 1200 nəfər diplomatik missiya əməkdaşının etiraza qoşulduğunu deyirlər. Onların sözlərinə görə, aksiya müddətsizdir .
diplomatlar deyirlər ki, xairici ölkələrə gedərkən həyat yoldaşları işlərini buraxmaq məcburiyyətində qalırlar. Bu səbəbdən xarici ölkədə ailələrini dolandırmaqda çətinlik çəkirlər. Son 15 ildə diplomatların 3-də bir hissəsi məhz əmək haqlarının aşağı olması ucbatından işdən çıxıblar.