Tarix : 2014 Mar 25
Kod 42335

NATO və Rusiya arasında hərbi münaqişə ehtimalı minimaldır

bunu Şimali Atlantika Alyansının baş katibinin müavini Aleksandr Verşbou bəyan edib

Arannews - NATO və Rusiya arasında hərbi münaqişə ehtimalı minimaldır .

RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibinin müavini Aleksandr Verşbou bəyan edib .

Onun sözlərinə görə, təşkilata üzv olan heç bir ölkə birbaşa hərbi əməliyyatlar planlaşdırmır .

Biz Ukrayna böhranının siyasi yollarla nizamlanmasının tərəfdarıyıq. Rusiya və Ukrayna arasında digər tərəflərin iştirakı ilə siyasi dialoqun yaradılmasına dair beynəlxalq səyləri dəstəkləyirik”, deyə NATO rəsmisi bildirib .

Bununla belə, Verşbou qeyd edib ki, Rusiyanın hərəkətləri vəziyyəti gərginləşdirir və o, ümidvar olduğunu bildirib ki, böhrandan irəli gələn ziyan cüzi olacaq.


  • Yazılıb
  • da (də) 2014 Mar 25