bunu Şimali Atlantika Alyansının baş katibinin müavini Aleksandr Verşbou bəyan edib
Arannews - NATO və Rusiya arasında hərbi münaqişə ehtimalı minimaldır .
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibinin müavini Aleksandr Verşbou bəyan edib .
Onun sözlərinə görə, təşkilata üzv olan heç bir ölkə birbaşa hərbi əməliyyatlar planlaşdırmır .
“Biz Ukrayna böhranının siyasi yollarla nizamlanmasının tərəfdarıyıq. Rusiya və Ukrayna arasında digər tərəflərin iştirakı ilə siyasi dialoqun yaradılmasına dair beynəlxalq səyləri dəstəkləyirik”, deyə NATO rəsmisi bildirib .
Bununla belə, Verşbou qeyd edib ki, Rusiyanın hərəkətləri vəziyyəti gərginləşdirir və o, ümidvar olduğunu bildirib ki, böhrandan irəli gələn ziyan cüzi olacaq.