Arannews - Türkiyənin Niğdə şəhərində 1 polis və iki ehtiyatda olan zabiti öldürməkdə şübhəli bilinən İŞİD üzvləri həbs edilib .
Almaniya vətəndaşı Benjamin Xu, İsveçrə vətəndaşı Çendrim Ramazani və Makedoniya vətandaşı Məhəmməd Zakiri "məmur öldürmək", "ölkəyə icazəsiz silah gətirmək" və başqa maddələrlə həbs ediliblər .
Ankaranın Nümunə xəstəxanasında müalicə edilən 2 terrörçu Ankara Ədliyyəsinə gətirilib .
Alman dili tərcüməçisi vasitəsilə Benjamin Xu və Çendrim Ramazaninin məhkəmədə ifadələri alınıb
. Çendrim Ramazani ifadəsi zamanı, "Sizə ifadə vermirəm, mən yalnız Allaha hesab verirəm. Hamınız müşriksiniz. Jandarmanı öldürərək savab etmişəm." deyib və izahatı şirk adlandıraraq, imzalamaqdan imtina edib .