Tarix : 2014 Mar 25
Kod 42337

Türkiyədə 3 İŞİD üzvü həbs edildi

Türk polisini və zabitlərini öldürən 3 İŞİD üzvü həbs edildi

Arannews - Türkiyənin Niğdə şəhərində 1 polis və iki ehtiyatda olan zabiti öldürməkdə şübhəli bilinən İŞİD üzvləri həbs edilib .

 Almaniya vətəndaşı Benjamin Xu, İsveçrə vətəndaşı Çendrim Ramazani və Makedoniya vətandaşı Məhəmməd Zakiri "məmur öldürmək", "ölkəyə icazəsiz silah gətirmək" və başqa maddələrlə həbs ediliblər .

 Ankaranın Nümunə xəstəxanasında müalicə edilən 2 terrörçu Ankara Ədliyyəsinə gətirilib .

Alman dili tərcüməçisi vasitəsilə Benjamin Xu və Çendrim Ramazaninin məhkəmədə ifadələri alınıb .

Çendrim Ramazani ifadəsi zamanı, "Sizə ifadə vermirəm, mən yalnız Allaha hesab verirəm. Hamınız müşriksiniz. Jandarmanı öldürərək savab etmişəm." deyib və izahatı şirk adlandıraraq, imzalamaqdan imtina edib .


  • Yazılıb
  • da (də) 2014 Mar 25