Tarix : 2014 Mar 25
Kod 42339

Sumqayıtda Suriyada terrorçuluqdan geri dönən vəhhabi tutulub

Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən vəhhabilərin arasında silahlı insidentdə iştirakı da istisna edilmir

Arannews - Vesti saytının məlumatına görə, Sumqayıtda saxlanılan 1988-ci il təvəllüdlü Rasim Bədəlov 6 ay əvvəl Suriyadan qayıdıb. Onun yaşadığı mənzildən "Kalaşnikov" markalı avtomat və  əl qumbarası və aşkarlanıb .

Dindirilmə zamanı tutulan şəxs silah-sursatı Azərbaycan Respublikasında əldə etdiyini bildirib .

O, Suriyaya Türkiyənin Hatay vilayətindən keçdiyini, bu barədə doğmalarına heç bir məlumat vermədiyini deyib. Rasim Bədəlov Suriyada qəddarları görüb, bundan qorxduğu üçün geri dönməyə qərar vediyini etiraf edib .

O, səhf yolda olduğunu da boynuna alıb. Rasim Bədəlov idmançıdır və vəhhabi firqəsinə mənsubdur. Saxlanılan şəxsin ötən il Sumqayıtda baş verən vəhhabilərin arasında silahlı insidentdə iştirakı da istisna edilmir .

Keçən illərdə Azərbaycan Respublikasında əsil müsəlmançılığı önləmək üçün vəhhabilik və nurçuluğa dövləti imkanlar yaradılmışdır ki, son aylarda bu səhvin başa düşülməsini dövlət qurumları etiraf edirlər .


  • Yazılıb
  • da (də) 2014 Mar 25