Tarix : 2014 Mar 26
Kod 42341

Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsi Azərbaycana gələcəkmi ?

Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi ilə bağlı yayılan xəbərlərə Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildiriblər

Arannews -Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin tədbirdə iştirak etməsi hələlik bəlli deyil.

Ermənistanı Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclasında kimin təmsil edəcəyi ilə bağlı yayılan xəbərlərə Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildiriblər .

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 7-8 aprel 2014-cü il tarixlərində MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakıda ilk dəfə keçiriləcək iclasının iştirakçıların siyahısı tam müəyyən edilmədiyindən Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsinin tədbirdə iştirak etməsi hələlik bəlli deyil .

Qeyd edək ki, "Armtoday"də yayımlanan məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu barədə açıqlama verib. O, iclasda Ermənistanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturovun təmsil edəcəyini deyib .


  • Yazılıb
  • da (də) 2014 Mar 26